Mülki iddiaçının cinayət prosesinin istənilən anında iddiadan imtina etmək, cinayət prosesində sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq və cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut qismində və ya digər əsaslarla götürülmüş əmlakı, ona məxsus rəsmi sənədlərin əslini geri almaq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxsdən ona məxsus əmlakını geri almaq hüququ var.

Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.