Elektron ərizə namizəd tərəfindən təsdiq edildikdən sonra məlumatların uyğunluğu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş müddətdə yoxlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nda əksini tapıb.
Sənədlərin tamlığı yoxlanıldıqdan sonra namizədin test imtahanına buraxılması, yaxud buraxılmaması barədə məlumat onun “Şəxsi kabinet”inə göndərilir. Namizədlər işə qəbul müsabiqəsi ilə bağlı məlumatları (keçirilmə vaxtı və yeri barədə və s.) “Şəxsi kabinet” vasitəsilə əldə edirlər.