Poçt obyektinin girişində onun adını və iş rejimini göstərən lövhə asılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nda əksini tapıb.
Poçt obyekti növbəli qrafik (nahar fasiləsi və istirahət günü) üzrə fəaliyyət göstərdiyi halda fərqli iş rejimi ilə xidmət göstərən ən yaxın poçt obyektinin yerləşdiyi ünvan barədə məlumat verilir. Poçt obyektinin iş rejimi poçt rabitəsi operatoru tərəfindən müəyyən edilir.