Sığortaçının məcmu kapitalının hesablanması məqsədilə onun öz vəsaitinin ifadə olunduğu dövlət qiymətli kağızlarının balans dəyərlərinə hansı əmsallar tətbiq edildiyi açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Sığortaçıların investisiya əməliyyatları ilə bağlı Qayda”da əksini tapıb.
Sığortaçının məcmu kapitalının hesablanması məqsədilə onun öz vəsaitinin ifadə olunduğu dövlət qiymətli kağızlarının balans dəyərlərinə aşağıdakı əmsallar tətbiq edilir:
– Azərbaycan Respublikasının dövlət qiymətli kağızları – 100%;
Xarici ölkələrin dövlət qiymətli kağızları:
-minimum 2-ci kredit reytinq qrupuna daxil olan xarici ölkələrin dövlət qiymətli kağızları – 100%;
– 3-cü kredit reytinq qrupuna daxil olan xarici dövlətlərin buraxdıqları avrobondlar – 100%;
– göstərilənlər istisna olmaqla, 2-ci kredit reytinq qrupundan aşağı kredit reytinq qrupuna daxil olan xarici ölkələrin dövlət qiymətli kağızları – 0%.