Test imtahanında namizədlərə məktəbəqədər təhsilin məzmunu və metodikasına aid 40 sual, pedaqoqika, uşaq və yaş psixologiyasına aid 20 sual təqdim edilir.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu və yerdəyişməsi Qaydaları”nda əksini tapıb.
Test suallarının cavablandırılması üçün 120 dəqiqə vaxt ayrılır. Test imtahanında yolverilməyən hərəkətlər, habelə imtahana gətirilməsi qadağan edilən əşyaların siyahısı yaddaş kitabçasında əks olunur və onun “Şəxsi kabineti”nə göndərilir.