Ötən gün səhər saxlanılan “Abzas Media” saytının direktoru Ülvi Həsənli cinayət məsuliyyətinə cəlb edilib.
Heftelik.az-ın Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, vəkili Zibeydə Sadıqova Ülvi Həsənli barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlandığını bildirib.
Hazırda ilkin istintaq hərəkətləri aparılır.
Qeyd edək ki, Ü.Həsənli ötən gün səhər xaricə yola düşərkən saxlanılıb. Onun ofisində axtarış zamanı 40 min avro pul aşkar edildiyi bildirilir.