Rusiyada “Anqarsk manyakı” kimi tanınan Mixail Popkova daha 10 il həbs cəzası verilib.
Heftelik.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Məhkəmə 80-dən çox adamı qətlə yetirmiş və cinayətlərinin əksəriyətini Anqarsk şəhərində törətmiş Mixail Popkovu 90-cı illərdə törədilmiş daha 3 qətldə təqsirli bilib.
Xatırladaq ki, 2015-ci ildə məhkəmə tərəfindən Popkovun 22 qətl törətməsi və iki sui-qəsd həyata keçirməsi sübuta yetirilib və ona ömürlük həbs cəzaıs verilib.
Məhkəmə prosesi zamanı Popkov digər qətllər törətməsini də etiraf edib və ona qarşı yeni cinayət işi başlanıb.
İstintaq araşdırması zamanı məlum olub ki, Mixail Popkov 20 il ərzində İrkutsk vilayətində azı 84 qətl törədib. Onun öldürdüyü qadınların yaşı 16-40 arasında olub.
Sabiq milis işçisi Popkov 2012-ci ildə Vladivostokda həbs edilib. Təhqiqat müddətində yüzlərlə şahid dindirilib və 200-dən çox ekspertiza aparılıb. Cinayət işinin həcmi 300 cilddən çoxdur.