Əgər apellyasiya mümkün hesab edilirsə, məhkəmə işdə iştirak edən şəxslərə apellyasiya şikayətini və ona əlavə edilən sənədləri rəsmi qaydada verir.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gün müddətində ona qarşı öz etiraz və ya izahatlarını məhkəməyə göndərməyə haqlıdırlar.