Argentinanın yenio seçilmiş qalmaqallı prezidenti Haver Mileyin haqqında yeni-yeni faktlar açıqlanır.
Heftelik.az-ın Bakupost.az-a istinadən verdiyi məlumata görə, ilk öncə pariki və saçı ilə gündəmə gələn Havyerin qəribəlikləri bununla bitmir.
Belə ki, o özünü güclü şir hesab edir və bütün vacib qərarlarını itlərinin məsləhəti ilə verdiyini bildirir.
O, əvvəllər tantrik seks və rəqs üzrə trener olub.
53 yaşlı Miley abortlar və feminizmin düşmənidir, narkotiklərin leqallaşmasını istəyir və silah gəzdirməyə qadağanı götürmək fikrindədir.
Onun atası avtobus sürücüsü, anası evdar qadın olub.
Bu gün o yeganə sevgisi və dostunun ev heyvanları, itləri olduğunu bildirib.
Prezident seçkilərində də o İngilis cinsindən itlərinə daim təşəkkür edib.
O, 2004-cü ildən saxladığı Konan adlı itini 2017-ci ildə itirdikdən sonra medium vasitəsilə onun ruhu ilə əlaqə yaratdığını da gizlətmir.
Havyer deyir ki, məhz belə seansların birində sevimli iti ona Argentinanın prezidenti olmaq tapşırığı verib.
Məhz itinin öncəgörənliyinə inanaraq, bir çox qərarlarını onunla “məsləhətləşir”.
Havyer hesab edir ki, Konan ilə o 2000 il əvvəl görüşüb, o vaxt özü qladiator, iti isə şir olub.