Coğrafiya İnstitutunun keçirdiyi elmi-praktiki konfransa təqdim olunan bir sıra məqalələrin plagiat olduğu aşkarlanıb.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Coğrafiya İnstitutunun direktor müavini Zaur İmrani “Coğrafiyanın müasir problemləri: Elm və təhsilin inteqrasiyası” mövzusunda keçirilən II Beynəlxalq elmi-praktiki konfransda çıxışı zamanı deyib.

 

O bildirib ki, sözügedən məqalələr hələ rəyə verilmədən plagiat olduğu aşkarlanıb və qarşısı alınıb:

“Plagiatlıq çox pis haldır. Doktorantlarımıza, dissertantlarımıza internet məlumatlarından istifadə edərkən diqqətli olmalı olduqları bildirilməlidir”.