2022-ci il tarixinə ARDNF-nin borc öhdəlikləri və pul bazarları alətləri portfeli 30 429,1 mln. ABŞ dolları təşkil etmiş və ABŞ dolları, avro, ingilis funt sterlinqi, Avstraliya dolları, Türkiyə lirəsi və Çin yuanında ifadə olunan aktivlərə yatırılıb.
Heftelik.az-ın məlumatına görə, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına əksini tapıb.
Bu portfelin 47%-i (14 377,4 mln. ABŞ dolları) suveren borc kağızlarına, 26%-i (7 842,4mln. ABŞ dolları) agentliklər və beynəlxalq təşkilatlar tərəfindən emissiya edilən istiqrazlara, 17%-i (5 175,8 mln. ABŞ dolları) maliyyə istiqrazları da nəzərə alınmaqla korporativ istiqrazlara, 1%-i (252,4 mln. ABŞ dolları) qısamüddətli kommersiya kağızlarına, 9%-i (2 781 mln. ABŞ dolları) isə depozit və pul bazarı alətlərinə investisiya edilib. Korporativ istiqrazlara aşağıda qeyd olunan yerli istiqrazlar da daxil edilib: ümumi dəyəri 2 491,7 mln. ABŞ dollarında ifadə olunan “Cənub Qaz Dəhlizi” istiqrazları, ümumi dəyəri 1 148,8 mln. ABŞ dollarında ifadə olunan “SOCAR-Merkuri” istiqrazları, ümumi dəyəri 67,7 mln. ABŞ dollarında ifadə olunan “AzACG” istiqrazları, ümumi məbləği 236,4 mln. ABŞ dollarında ifadə olunan Beynəlxalq Bank istiqrazları və ümumi məbləği 461,6 mln. ABŞ dollarında ifadə olunan “SOCAR Abşeron” istiqrazları, 228,5 mln. ABŞ dollarında ifadə olunan “SOCAR Qarabağ” istiqrazları olmuşdur. Hesabat ilində Borc öhdəlikləri və pul bazarları alt portfelinə Neft-qaz gəlirlərinin hesabına ümumilikdə 4 372,2 mln. ABŞ dolları məbləğində yeni investisiya edilmiş, 2022- ci ildə alt portfelə daxil olan alətlərin bazar dəyərinin dəyişməsi nəticəsində 1 107,0 mln. ABŞ dolları və alt portfelə daxil olan valyutaların baza valyutası olan ABŞ dollarına nisbətdə məzənnəsinin dəyişməsi ilə 641,5 mln. ABŞ dolları zərər edilməsi müəyyən edilib.