Şəxs zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsi kimi tanındıqdan sonra şəxsin həmin qisimdə qalmasına əsasların olmadığı müəyyən edildikdə, cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı ilə onun cinayət prosesində iştirakına xitam verilir.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh tərəfindən səlahiyyətlərinə xitam verildikdə, şəxsin də nümayəndə qismində cinayət prosesində iştirakına xitam verilir.