binaYeni texnoloji həllərin, xüsusi ixtisas və təcrübənin tətbiqi ilə müşayiət olunan və ya ətraflı mühəndisi araşdırmalar aparılmasını tələb edən layihələndirmə xidmətlərinin (məsələn, BİM-modelləşdirmə və s.) ehtimal olunan dəyəri sifarişçi ilə layihəçi arasında bağlanan əlavə müqavilə əsasında təyin edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Fövqəladə Hallar Nazirliyinin təsdiqlədiyi “Tikinti üçün layihələndirmə xidmətlərinin dəyərinin cari qiymətlərlə hesablanması Qaydaları”nda əksini tapıb.