Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə yollar ayrılıb.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssislə yeni müqavilə imzalanmayacaq.

Bu barədə qərar bu gün AFFA İcraiyyə Komitəsinin iclasında verilib.

Qeyd edək ki, Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinə rəhbərlik edib.