Fəaliyyət qabiliyyəti olmayan zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud mülki cavabdehin qanuni nümayəndəsi cinayət prosesi zamanı şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, təmsil etdiyi şəxsin hüquqlarını həyata keçirir.
Vəkil Elməddin Məhərrəmov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Məhdud fəaliyyət qabiliyyətli şəxsin qanuni nümayəndəsi aşağıdakılara haqlıdır:
– təmsil etdiyi zərər çəkmiş şəxsin razılığı ilə onun adından həyata keçirilən ittihamdan imtina etmək, habelə onun müdafiəçisinin səlahiyyətlərinə xitam vermək;
– cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin ona qarşı törədilməsi haqqında şikayətdən imtina etmək, müvafiq olaraq zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxslə, yaxud mülki cavabdehlə barışmaq, verdiyi mülki iddiadan imtina etmək, ona qarşı verilmiş mülki iddianı qəbul etmək, habelə onun hüquq və qanuni mənafeyinin müdafiəsi üçün verilmiş şikayətdən imtina etmək;
– təmsil etdiyi şəxsin niyyətini bilmək.