Kritik informasiya infrastrukturu subyekti kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin fasiləsiz (24/7 rejimdə) monitorinqinin struktur bölməsi (təhlükəsizlik əməliyyatları mərkəzi) vasitəsilə birbaşa yerində və (və ya) kibertəhlükəsizlik xidməti provayderi vasitəsilə məsafədən həyata keçirilməsini təmin edir, əldə olunan məlumatları real vaxt rejimində mərkəzləşmiş nəzarət üçün aidiyyəti kibermərkəzə təqdim edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Eyni zamanda Kritik informasiya infrastrukturu subyekti kritik informasiya infrastrukturu subyekti kritik informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin auditinə dair daxili planı təsdiq edir və icrasını təşkil edir.