Hesablama Palatası büdcə proseslərində yaxından iştirak edir.
Heftelik.az-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Vüqar Gülməmmədov qeyd edib ki, yola saldığımız 2-ci rübdə 2022-ci ilin dövlət büdcəsinin və büdcədənkənar dövlət fondunun büdcəsinin icrasına, eləcə də 2023-cü ilin dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin yenidən baxılan layihələrinə rəylər hazırlanıb və bu rəylər Hesablama Palatasının rəsmi internet səhifəsində tam həcmdə yerləşdirilib.