Tərəflər məhkəmə iclasında olarsa, işə baxılması təxirə salındıqda məhkəmə gəlmiş şahidləri dindirə və prosessual hərəkətlər edə bilər.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Həmin şahidlərin yeni məhkəmə iclasına ikinci dəfə çağırılması və ya təkrar prosessual hərəkətlərin edilməsinə yalnız zəruri hallarda yol verilir.