Neft kəmərlərinə neftin doldurulması və boşaldılması üzrə işlər yerinə yetirilərkən çən doldurularkən neft şırnağını hündürdən axıtmaq, nəql zamanı nasos aqreqatları platformasında adamların olması, nasos aqreqatları işləyən zaman adamların aqreqatlardan, sorucu və təzyiqli boru kəmərlərindən və doldurma-boşaltma vantuzlarından 50 metrdən yaxın məsafədə (işçi heyət və rəhbər iş icraçısından başqa) olması, magistral neft kəmərlərində təzyiqə nəzarət olunmadan doldurma-boşaltma əməliyyatları aparmaq qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nda əksini tapıb.