Arxivləşdirmə üzrə siyasət sənədinin nələri əhatə etməli olduğu məlum olub.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
Arxivləşdirmə üzrə siyasət sənədi aşağıdakıları əhatə etməlidir:
– məlumatların saxlanma qurğularında saxlanılma formatı və dövrləri:
– aktiv sistemdə;
– onlayn saxlanma qurğuları arxivində;
– oflayn saxlanma qurğuları arxivində.
– arxivlənmə prosedurlarının hazırlanması və daim təkmilləşdirilməsi;
– arxivlərin qorunması üçün təlimatın hazırlanması;
– arxivlərin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin görülməsi;
– məlumatların arxivləşdirilməsi ilə bağlı tələblərdən asılı olaraq digər vəzifə və istiqamətlər.