İran İslam Respublikası ilə yeni dövlət sərhədində buraxılış məntəqələri inşa olunacaq.
Heftelik.az-ın məlumatına görə, bu, Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planında əksini tapıb.
Beləliklə, 2024-2026-cı illər ərzində Zəngilan rayonunun Ağbənd qəsəbəsində, Naxçıvan Muxtar Respublikasının ərazisində və Astara rayonunda dövlət sərhədində yeni buraxılış məntəqələrinin inşasına dair İran İslam Respublikası ilə razılaşdırıldıqdan sonra tikinti işlərinə başlanılacaq.