Dövlət informasiya ehtiyatının və sistemi ilə bağlı bərpa planına dair tələblər açıqlanıb.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
Bərpa planı üzrə aşağıdakılar təmin edilməlidir:
– bərpa üzrə prioritetlərin müəyyənləşdirilməsi;
– bərpa komandasının müəyyənləşdirilməsi;
– komanda üzvlərinin vəzifələrinin müəyyənləşdirilməsi;
– komanda üzvlərinin vəzifələrinin və tapşırıqlarının icrası üçün vaxtın müəyyənləşdirilməsi.