Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində fəaliyyət göstərən inşaat materialları bazarında baş vermiş yanğın ərazisində bütün açıq alov mənbələri söndürülüb.
FHN Mətbuat xidmətindən Heftelik.az-a verilən məlumata görə, hazırda bəzi tüstülənmə mənbələrinin tam söndürülməsi və soyutma işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
saat 09.08
Bakının Binəqədi rayonunda inşaat materialları bazarında güclü yanğın başlayıb.
Heftelik.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğınla mübarizə üçün texnika və canlı qüvvə cəlb olunub.
Yanğın nəzarət altına alınıb. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğın baş verən bazar ərazisində 1 nəfər ölüb. Onun ürəktutmasından həyatını itirdiyi bildirilir.