Kritik informasiya infrastrukturu obyektlərinin texniki layihə sənədlərinin ekspertizası, habelə kritik informasiya infrastrukturu obyektlərinin texniki layihə sənədlərinə uyğunluğunun sınaqdan keçirilməsi üçün metodiki tövsiyələr vermək Dövlət Təhlükəsizliyi Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) hüquqları sırasındadır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları”nda əksini tapıb.
Vəzifələrinin icrası ilə əlaqədar olaraq normativ hüquqi aktlarda nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək də DTX və XRİTDX-nın