Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması mərhələsində hazırlanmış sənədlərə aparılma dövründə təkmilləşdirilmə və düzəlişlərlə bağlı əlavələr olunmalıdır.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
Dövlət informasiya ehtiyatının və sisteminin ehtiyat planı hazırlanmalı və aşağıdakı bəndlər üzrə həyata keçirilməlidir:
– fövqəladə hallar zamanı fəaliyyət planı (hazırlandıqdan sonra test edilməlidir);
– bərpa planı (hazırlandıqdan sonra test edilməlidir);
– texniki xidmətlə bağlı plan.