Cəlilabadda qızılcaya yoluxan tələbələr evə buraxılıb.

TƏBİB-dən Heftelik.az-a bildirilib ki, 2005-ci il təvəllüdlü (cinsi kişi), 2004-cü il təvəllüdlü (cinsi kişi), 2003-cü il təvəllüdlü (cinsi kişi) Cəlilabad rayon sakinləri müxtəlif tarixlərdə (müvafiq olaraq 15.11.2023-cü il, 23.10.2023-cü il, 04.11.2023-cü il) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Pasiyentlər ilkin tibbi yardım göstərilərək izoliasiya şəraitində ambulator müalicə üçün evə buraxılıb. Pasiyentlərin vəziyyəti mütəmadi olaraq nəzarətdə saxlanılıb.

Qeyd edək ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına qızılca xəstəliyi ilə bağlı ümumilikdə 10 nəfər müraciət edib. Onların hər biri ambulator şəraitdə müalicə alınması üçün evə buraxılıb. Rayonda epidemioloji vəziyyət stabildir.

***

saat 13.31

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Cəlilabad rayon filialının tələbələri qızılca virusuna yoluxub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, virus ilk olaraq 2004-cü il təvəllüdlü Rahil Tahir oğlu Şükürovda aşkarlanıb.

Bundan sonra bu virusa 2003-cü il təvəllüdlü Şahin Tərlan oğlu Mayılov, daha sonra onun qardaşı, 2005-ci il təvəllüdlü Adəm yoluxub.

Tələbələr xəstəliklə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Həkimlər onların səhhətinin yaxşı olduğunu bildirirlər.

Xəstəxanadan verilən məlumata görə, son bir ay ərzində 10 tələbə qızılca virusuna yoluxub.