Azərbaycan XİN noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclasının keçiriləcəyini təsdiqləyib.
Heftelik.az-ın məlumatına görə, bu barədə XİN-in Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə sorğuya cavab olaraq bildirib.
***
saat 12.09
Noyabrın 30-da Ermənistan-Azərbaycan sərhədində delimitasiya komissiyasının iclası keçiriləcək.
Heftelik.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanla noyabrın 30-da iki ölkənin sərhədində delimitasiya ilə bağlı görüşün keçirilməsi barədə razılığa gəlinib.