Mədəniyyət nazirinin müvafiq əmri ilə Əməkdar artist, opera müğənnisi, dirijor Ramil Adıgözəl oğlu Qasımov Gəncə Dövlət Filarmoniyasının direktoru təyin olunub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə mədəniyyət naziri müvafiq əmr imzalayıb.
Ramil Qasımov R.Qasımov 2015-ci ildən Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının direktoru olub. 2020–2022-ci illərdə isə Heydər Əliyev Sarayının direktoru vəzifəsində çalışıb.