Kikboksinq üzrə məşqçi olmuş Nurani Qalabəylinin qətlində təqsirləndirilən həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi keçirilən iclasda prokuror vəsatət qaldırıb.

Prokuror təqsirləndirilən Əfsanə Qalabəylinin psixi durumu ilə bağlı iki rəy olduğunu və bu rəylərin bir-biri ilə ziddiyət təşkil etdiyini deyib. Buna görə təkrar ekspertiza keçirilməsinə ehtiyac olduğunu bildirib.

Təqsirləndirən şəxs Ə.Qalabəylinin vəkili yeni bir ekspertizanın keçirilməsinə ehtiyac olmadığını bildirib.

Məhkəmə prokurorun vəsatətini təmin edib.

Növbəti məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Əfsanə Qalabəyli şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı, Nurani Qalabəylini yaşadığı mənzildə bıçaqla qətlə yetirməkdə şübhəli bilinir.

Ə.Qalabəyliyə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Xatırladaq ki, Nurani Qalabəyli “Sərhədçi” idman kompleksində kikboksinq üzrə məşqçi işləyib.