İsmayıllıda ağır yol qəzası baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Tircan kəndi ərazisində baş verib.

Qəza nəticəsində Hindistan əsilli 6 vətəndaş ağır dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Onlardan ikisinin vəziyyəti ağırdır.

DİN-in Şəki regional qrupundan bildirib ki, əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.