Kürdəmirdə qızılca diaqnozu ilə xəstəxanaya gətirilən azyaşlı ölüb.

Heftelik.az Report-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Bir həftəyə yaxındır qızılcaya yoluxan və qızdırması düşməyən rayonun Qağacılı kənd sakini, 4 yaşlı Qəribli Rüfət Roman oğlu xəstəxanaya gətirilərkən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.