Məlumatların və əməliyyatların tarixçəsinin saxlanması (loqlanması) qaydaları, lisenziyalar, risk planı dövlət informasiya sistemlərinin və ehtiyatları ilə bağlı hazırlanan layihədə əksini tapmalıdır.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
Eyni zamanda layihədə proqram təminatına dair aşağıdakı tələblər olmalıdır:
– proqram təminatındakı hər bir funksionallığa dair şərhin yazılması;
– versiyaların nömrələnməsi;
– proqram təminatının elementlərində müəlliflik hüququnun təmin edilməsi;
– bazaya daxil edilərkən məlumatların cari interfeys məlumatları üzərindən, habelə baza məlumatları əsasında yoxlanılması.