Proqram təminatının mənbə kodlarına dəyişikliklər edilən zaman ilkin olaraq təhlükəsizlik və funksionallıq testləri həyata keçirilməli, təhlükəsizlik zəiflikləri (boşluqları), təhdidləri və riskləri, habelə digər uyğunsuzluqlar aşkar edilmədikdə istismara verilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.

Proqram təminatında dəyişikliklərin yerinə yetirilməsindən əvvəl geri qaytarılma sxemi ehtiyat variant kimi müəyyən olunmalıdır.