Proqram təminatının mənbə kodlarının şərhi yazılmalı, habelə mənbə kodları qurum tərəfindən istehsalçıdan təhvil alınmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.

Vətəndaşların və təşkilatların informasiya təminatı üçün nəzərdə tutulan, yaxud konfidensial informasiyanın işlənilməsinin həyata keçirildiyi informasiya sistemlərində və ehtiyatlarında, həmçinin belə sistemlərin və ehtiyatların informasiyanı mühafizə vasitələrində istifadə olunan proqram təminatı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə uyğun olaraq sertifikatlaşdırılır.