Qurum və ya istehsalçı (təchizatçı) tərəfindən proqram təminatı üçün test ssenarilərinin, test verilənlərinin və test nəticələrinin yararlı və yetərli olub-olmaması müəyyən edilərək sənədləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.
Proqram təminatının test ssenariləri ekspertiza olunmuş texniki tapşırıqlar toplusunu tam əhatə etməli, eləcə də test sualları lakonik olmalıdır (yalnız “hə” və ya “ yox” cavabları nəzərdə tutulmalıdır).