Türkiyədə güclü zəlzələ olub.
Heftelik.az–ın məlumatına görə, yerli vaxtla saat 17.46 radələrində Malatyanın Battalgazi rayonunda 5,2 maqnitudalı zəlzələ baş verib.
Zəlzələnin ocağı 6,99 km dərinlikdə yerləşib.
Bunda 3 dəqiqə sonra -saat 17.49-da 4,7 maqnitudalı daha bir zəlzələ qeydə alınıb. Zəlzələ Adıyaman, Elazığ, Batman, Şanlıurfa, Mardin, Gaziantep, Kahramanmaraş və digər ətraf bölgələrdə hiss edilib.
Daxili işlər naziri Ali Yerlikaya deyib ki,
dağıntı və tələfat barədə məlumat daxil olmayıb.