Azərbaycanın qədim torpağı Kəlbəcər füsunkar təbiətə malikdir. Sıldırım qayaların, uca dağ zirvələrinin qoynunda yerləşən bu ulu türk torpağı bizə babalarımızın yadigarıdır. Kəlbəcərdə mövcud olan qədim arxeoloji abidələr yurdumuzun nə qədər əzəmətli bir tarixə malik olduğunu sübuta yetirir. Kəlbəcər Azərbaycanın ərazi baxımdan ən böyük inzibati rayonudur. Kəlbəcər öz gözəlliyi, faydalı qazıntıları, təbii ehtiyatları , yeraltı sərvətləri ilə həmişə düşmənlərin diqqətini cəlb etmişdir. 1993-cü ilin 3 aprel tarixi Kəlbəcərimiz üçün acınacaqlı olmuşdur. Düşmən əsarətinə keçən ana yurdumuz talan edilmiş türklərə və türkçülüyə məxsus ənənələrimiz məhv edilmişdir.  Dövlətimiz BMT-nin Təhlükəsizlik Şurasının 822 saylı Qətnaməsində düşmənin hərəkətlərini pisləyərək ,geri çəkilmələrini tələb etmişdir. Lakin rəsmi İrəvan bu ədalətsizliyə göz yummuş, yerinə yetirməmiş, hətta erməniləri doğma torpağımızda məskunlaşmışdır. Tariximizi ,soykökümüzü məhv etməyə çalışmışdılar. I Qarabağ müharibəsi dövründə həyata keçirilən,, Murovdağ ” əməliyyatı heç də bizim üçün uğurlu olmamışdır. Lakin şükürlər olsun ki, II Qarabağ müharibəsində ölkə başçısı İlham Əliyevin və hərbiçilərimizin qəhrəmanlıqları nəticəsində Kəlbəcərimiz yenidən geri qaytarılmışdır .Düz 27 il biz Vətən torpağının həsrəti ilə yaşamışdıq. 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcər ermənilər tərəfindən tamamilə boşaldılmalı idi . Biz bu şərtə humanistcəsinə yanaşsaq da ermənilər mənfur simalarını bir daha ortaya qoydular . Vətən torpağımızı çapıb talayaraq , yandıraraq tərk etdilər. 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu Azərbaycanın inzibati ərazi vahidliyinə daxil edildi . Kəlbəcər uğrunda döyüşərək ,, Şəhidlik zirvəsinə ” ucalan oğullar və qazilər müxtəlif medallarla təltif edildilər. Onlardan biri də “Kəlbəcərin azad olunmasına görə” medalı idi . Prezident İlham Əliyev tərəfindən Kəlbəcər rayonunun abadlaşdırılması, quruculuq tədbirlərinin keçirilməsi sahəsində müxtəlif işlər planlaşdırılıb. Yüzlərlə ailənin ana yurdda məskunlaşdırılması, onlar üçün hər bir şəraitin yaradılması nəzərə alınıb. Yaşayış evlərinin, məktəblərin , sənaye və tibb ocaqlarının, avtomobil yollarının tikintisi nəzərdə tutulub . Prezidentimiz İlham Əliyev dəfələrlə: 16.08 .2021 , 26.06. 2022, 27 .05. 2023, 25.08.2023 və 07.11 .2023 – cü il tarixlərində Kəlbəcərə rəsmi səfərlər etmiş, rayonda aparılan quruculuq işləri ilə yaxından tanış olmuşdur. Biz bu qətiyyətli yolda ölkə başçısı cənab İlham Əliyevə uğurlar arzulayır , Kəlbəcərin azad edilməsinin 3-cü ildönümü ilə bağlı xalqımızı təbrik edir, ərazi bütövlüyümüzün daimi olmasını diləyirik. Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğullarımızın ruhu qarşısında baş əyir, qazilərimizə tanrıdan şəfa arzulayırıq.

 

Leyla Mənsimova

Nəsimi rayonu 164 N-li tam orta məktəbin müəllimi