Elektron xidmətin monitorinqi və keyfiyyətinə nəzarət ilə bağlı xidmət təminatçısı tərəfindən elektron xidmətin nəticəsindən asılı olmayaraq istifadəçi məmnunluğu ilə bağlı dövri rəy sorğuları keçirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər”də əksini tapıb.
Rəy sorğularının nəticələrinin toplanması, təhlili və görüləcək tədbirlər xidmət təminatçısının daxili qaydaları ilə müəyyən edilməlidir.