Dövlət informasiya ehtiyatı və sistemi üzrə sənədlər toplusunun ehtiyat mərkəzdə saxlanılması təmin edilməlidir.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
Dövlət informasiya ehtiyatında və sistemində edilən bütün əməliyyatların tarixçələri (loqlar) saxlanmalıdır. Əməliyyatların tarixçələrinin (loqların) dövri olaraq arxivləşdirilməsi təmin edilməli, saxlanılma müddətləri müəyyən olunmalı və bununla əlaqədar olaraq müvafiq təlimat hazırlanmalıdır.