Azərbaycanın ən səfalı, ən yüksək dağ rayonudur, Kəlbəcər rayonu. Ora inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur. İşğala qədər rayonun əhalisi 53478 min nəfər təşkil edirdi. Lakin xain qonşu Ermənistan 1993-cü il 2 aprel tarixində rayonu işğal etdi. İşğal zamanı 511 nəfər dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və girov düşüb. İşğal nəticəsində onlarla Kəlbəcər əhalisi respublikanın 56 rayonunun yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Bütün dünya ölkələri və qurumları da bilirdilər ki, rəsmi İrəvan hərbi cinayət edir. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisinə ermənilərin məskunlaşmasına başlamışdır. Belə ki, BMT Təhlükəsizlik Şurasının 30.40.1993-cü il tarixli 822 saylı qətnaməsində Kəlbəcər də daxil olmaqla, Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnəməni icra etmədi, beynəlxalq təşkilatlar isə tələb etməyib bu məsələyə göz yumdular.

İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi, Azərbaycanın şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir. Yerdə qalan Kəlbəcər ərazisi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atmadan Azərbaycana təhvil verilmişdir. 2020-ci il Kəlbəcərin qeyri-qanuni sakinləri öz xislətlərini, erməni vandalizmini bütün dünyaya nümayiş etdirdi. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən vəhşiliklər evlərə, bağlara, bağlı məkanda canlılara od vuraraq yandırılması ermənilərin iç üzünü bir daha dünyaya göstərmiş oldu. Bu da beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.

Artıq ” Çay üstündə qalamızda ” Kəlbəcərimiz də üçrəngli bayraqlarımız dalğalanır. Kəlbəcər sakinləri öz dədə-baba yurdlarına köçməyə hazırlaşırlar.

Ölkə rəhbərimizin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis olundu. 25 noyabr ” Kəlbəcər Şəhəri Günü ” kimi müəyyən olundu.

Artıq Kəlbəcər öz dədə-baba yurduna uzun illər həsrət qalmış sakinlərini qarşılamağı gözləyir. Yaşayış məntəqəsinin salınması əsas işlərdən biri kimi əhəmiyyət kəsb edir. 421 ailənin yaşaması, Kəlbəcərin Yanşaq kəndində planlaşdırılmışdır. Eyni zamanda Zallar kəndində  487 ailənin məskunlaşması nəzərdə tutulub. Bu işlərlə bərabər infrastruktur qaydaya salınır. Toğana-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. Burada yaşayış üçün nəzərdə tutulan ilk yaşayış məhəlləsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişilə inşa olunur. Ali Baş Komandan İlham Əliyev beş dəfə səfər edib.

16.08.2021, 26.06.2022, 27.05.2023, 25.08.2023, 07.11.2023-cü ildə Vənğli kəndi ilə tanışlıq üçün səfər edib.

Artıq Kəlbəcərimiz sürətlə canlanır inkişaf edir.

 

Gülnarə Hacıyeva

Nəsimi rayon İctimai Şuranın üzvü