Elektron xidmətin göstərilməsi üçün zəruri olan məlumatların təhlükəsizliyi üçün istifadəçi elektron xidmətdən istifadə etməzdən əvvəl xidmət təminatçısı tərəfindən xidmətin gizlilik siyasəti ilə tanış edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər”də əksini tapıb.
Xidmət təminatçısı tərəfindən hər bir əməliyyatın tarixçəsi (log) yadda saxlanılmalı və arxivləşdirilməlidir. Hər bir istifadəçinin onunla bağlı toplanan və arxivləşdirilən məlumatlara çıxışı olmalıdır.