Elektron xidmətin təşkili zamanı hansı vasitələrdən istifadə edilərək istifadəçilərin ehtiyaclarının müəyyən edilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektron xidmətlərin göstərilməsi üzrə texniki tələblər”də əksini tapıb.
Elektron xidmətin təşkili zamanı aşağıdakı vasitələrdən istifadə edilərək istifadəçilərin ehtiyacları müəyyən edilməlidir:
– istifadəçilərin xidmətlərə dair rəylərinin, təkliflərinin və şikayətlərinin təhlil edilməsi;
– istifadəçilər arasında müşahidələrin, müsahibələrin və rəy sorğularının aparılması;
– yaradılması nəzərdə tutulan elektron xidmətin layihəsinin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri” vasitəsilə ictimai müzakirəyə çıxarılması.