Kəlbəcər sözünün mənşəyi türk dilində çay üstündə qala deməkdir. Ərazisində mövcud olan mağaralar bu ərazidə qədim insan məskənlərinin olmasına şərait yaradıb. Kəlbəcərdə Zar mağarası insan məskənlərinin tapıldığı yerlərdən biridir. Ərazidə yaşı 30 min ildən çox olan bu yaşayış məskənləri, 6 min ildən çox olan qaya təsvirləri mövcuddur. Ərazisi şərqdə Ağdam, Xocalı cənubda Laçın rayonları, şimaldan Daşkəsən, Göygöl ərazisi ilə həmsərhəddir.
Kəlbəcər şəhərinə 1930-cu ildə rayon statusu verilib. Kəlbəcər ərazisi bu dövrə qədər olan tarixinə nəzər salsaq görərik ki, ərazidə eramızdan əvvəl IV minilliyin sonu III minilliyin əvvəlinə aid maddi mənbələr tapılmışdır. Bu dövrdə əhalinin həyatında əkinçiliklə yanaşı maldarlıq da böyük rol oynamışdır. Bu dövrdə əhali Xoşbulaq və İstisu yaylaqlarında məskunlaşmağa başlamışlar. 1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ilk dəfə olaraq yaşayış yeri aşkar edilib. Qafqaz geologiyasının atası hesab edilən Avix Kəlbəcər haqqında demişdir ki, kim Tərtərçay dərəsi boyunca seyr etməmişsə , İsveçrənin gözəlliyinə yalnız o məftun ola bilər. Kəlbəcər rayon 2 aprel 1993 cü ildə ermənilər tərəfindən işğal olunmuşdur. Kəlbəcərin işğalı zamanı 54 mindən artıq əhalisi məcburi köçkün düşmüş, 321 nəfər əsir düşmüş, 521 nəfər vəhşicəsinə qətlə yetirilmişdir. 97 məktəb , 9 uşaq bağçası , 116 kitabxana ,43 klub , 42 mədəniyyət evi ,75 tibb məntəqəsi talan edilmişdir. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələr Kəlbəcər ərazisindən dərhal çıxarılması tələb olunur. BMT-nin və ATƏT –in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisinə ermənilər məskunlaşmağa başlayıb.
5 noyabr 2020 -ci ildə Kəlbəcər rayonu işğaldan azad edildi .
25 noyabr 2020-ci il tarixində noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş , Azərbaycan Respublikası Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.
Torpaqlarımız uğrunda canından keçən şəhidlərə Allahdan rəhmət, qazilərə can sağlığı arzulayırıq. Bu uğur Azərbaycan respublikasının prezidenti Ali Baş Komandanımız cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin nəticəsidir.
Z.Qasımov
54 nömrəli tam orta məktəbin tarix müəllimi