Məhkəmənın hansı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxardığı açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır:
– qarşılıqlı iddia verilərsə;
– üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə;
– tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə;
-iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa.
Nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz.