Məlumat bazalarına dair tələblər dövlət informasiya sistemlərinin və ehtiyatları ilə bağlı hazırlanan layihədə əksini tapmalıdır.
Heftelik.az-ın xəbərinə görə, bu, “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı texniki tələblər”də əksini tapıb.
Məlumat bazalarına dair tələblər aşağıdakılardır:
metadatalar və digər təkrarolunmaz məlumatlar üzrə unikallığın təmin edilməsi;
– məlumat bazalarındakı elementlərə şərhlərin yazılması;
– bazaya daxil edilərkən məlumatların baza məlumatları əsasında yoxlanılması;
– normallaşma (məlumat bazasında məlumatların mühafizəsinin və əlaqəliliyinin təmini məqsədilə verilənlərin təşkili) prinsiplərinə əməl olunması;
– məlumatların ilkin mənbədən əldə olunmasının təmin edilməsi;
– məlumat bazalarında FİN və VÖEN-lə əlaqəliliyin təmin edilməsi;
– avtorizasiya və identifikasiya məlumatlarının şifrələnməsinin təmin edilməsi.