Proqram təminatının istismardan çıxarılması və ya yenisi ilə əvəzlənməsi üzrə təlimat hazırlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.
Proqram təminatının versiyaları təhlükəsizlik insidentlərinə cavabvermə və araşdırma üzrə tədbirlərin görülməsi üçün qorunub saxlanılmalı və arxivləşdirilməlidir. Belə saxlanılma həmin proqram təminatı ilə emal olunan verilənlərin arxivdə saxlanılma müddətinə uyğun təmin edilməlidir.