Texnoloji avadanlığın texniki göstəriciləri və xüsusiyyətləri onun əldə edilməsindən əvvəl müəyyən olunmalı və sənədləşdirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələblər”də əksini tapıb.
Texnoloji avadanlığın istismar şəraiti və rejimləri həmin avadanlığın əldə edilməsindən əvvəl müəyyən olunmalı, eləcə də qurumun və ya istehsalçının (təchizatçının) həmin avadanlığa dair müəyyən etdiyi tələblərdə öz əksini tapmalıdır.