
Heftelik.az-ın məlumatına görə, bunu AYB-nın katibi, Xalq yazıçısı Çingiz Abdullayev Kulis.az-a müsahibəsində deyib.
Xalq yazıçısı ATV-nın əməkdaşını məhkəməyə verməsi barədə sualı da cavablandırıb:
“Mən onu heç məhkəməyə verməzdim. Siz özünüz yazmısız ki, son illər yazıçılara o qədər hücumlar olur, onlara yazığım gəlir. Anara, digər katiblərə qarşı. Mən buna görə məhkəməyə müraciət etməmişəm. Ona görə ki, bunu deyən adam fikirləşmirmi? Sən axı bunu deyəndə bu, bütün dünyaya yayılır. Pis-yaxşı, məni 34 dilə tərcümə ediblər. Mən 5 universitetin fəxri doktoruyam. Neçə şəhərin fəxri vətəndaşıyam. Neçə ölkə mənə orden verib. Azərbaycanda “Şöhrət”, “Şərəf” ordenləri almışam. Ay qız, sən bunu deyəndə bir fikirləş ki, bunu çıxarıb bizim qonşularımız göstərəcək, deyəcəklər, bax bunların mədəniyyəti, ədəbiyyatı budur”…
Sözügedən müsahibəni təqdim edirik: