Tarix boyunca cari ilin 20 noyabrında İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü oldu. Hər iki ölkənin maraqları qarşılıqlı şəkildə həmrəylik nümayiş etdirdi. Ölkə rəhbərimiz əziz qonağın şərəfinə keçirilmiş tədbirlərdə mətbuat nümayəndələrinə verdiyi münasibətlərdə geniş və ətraflı çıxış etdi. O, öz çıxışında qeyd etdi ki, ” İlk addım kimi dəyərləndirdiyim bu əhəmiyyətli tarixi səfər ölkələrimiz arasında dostluq münasibətlərimizin güclənməsinə töhfə verəcək və hər iki dövlət arasında əməkdaşlığımızda yeni səhifə açacaq.

İraq və Azərbaycan müxtəlif beynəlxalq müstəvidə hər zaman həmrəylik nümayiş etdirmişdir. BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birimizi dəstəkləmişik. Eyni zamanda bir-birimizin suverenliyini və ərazi bütövlüyünü müdafiə edirik. Onu da qeyd etmək yerinə düşərdi ki, 1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycana qarşı təcavüzə başladı. Bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təqribən 20 faizinin işğalı ilə nəticələndi. Ermənistan sözün əsl mənasında etnik təmizləmə siyasəti həyata keçirdi. Bu da bütün dünya ictimaiyyətinə  məlumdur ki, bir milyondan çox azərbaycanlının keçmiş Dağlıq Qarabağın Muxtar Vilayətini və ətraf rayonların ərazisindən fiziki-zorla qovulması ilə nəticələndi. Beynəlxalq qurumların və vasitəçilərin səylərinə baxmayaraq Ermənistan dövləti bizim torpaqlarımızı istəmirdilər. Düz 28 il bundan qabaq çıxarılan vacib qətnamə kağız üzərində qaldı. Ermənistan dövləti bizə qulaq asmadı, danışıqlara gəlmədi. Bizim səbrimiz bu ilin sentyabrında tükəndi. Biz beynəlxalq hüquqa tam riayət edərək öz ərazimizi işğalçıdan azad etdik. Baxmayaraq neçə-neçə igid Azərbaycan oğullarımız şəhid oldular. Biz haqqımız olanı BMT-nin Nizamnaməsinin hüququnu 51-ci maddəsini əldə əsas tutaraq torpaqlarımızı işğaldan azad etdik. Biz suverenliyimizi bərpa etdik və indi Azərbaycan Bayrağı ərazimizdə hər yerdə dalğalanır”.

Ölkə rəhbərimiz onu da qeyd etdi ki, İraq Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli münasibətlər 2 yanvar 1992-ci ildən başlamışdır. Buda İraqının Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyədən Səfirlik statusunun olmasıdır.

Hər iki ölkənin rəhbərləri arasında bir çox vacib sənədlərdə imzalanmışdır.

 

Gülnarə Hacıyeva

Nəsimi rayon İctimai Şuranın üzvü