Gömrük orqanı əməkdaşı etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi”ndə əksini tapıb.
Gömrük orqanı əməkdaşı etik davranış normalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa səy göstərməyə, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.